Bakıda KEÇİLMƏZ TIXAC

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakının Babək prospektində magistral su və kanalizasiya xətlərini dəyişdirir.

Prospektin Nəcəfqulu Rəfiyev küçəsində uzun müddət istifa edilən metal borulardan ibarət su xətləri yeni borularla əvəzlənir. Cəmiyyətdən APA TV-yə bildirilib ki, hazırda küçə boyunca 500 metrə qədər yeni su xətti çəkilir. Təmir-tikinti işləri ilə əlaqədar olaraq yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb. Buna görə də ərazidə uzun müddətli tıxac yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaranan problemlə bağlı sürücülərə müraciət edib. Sözügedən ərazidə hərəkət edən sürücülərə alternativ olaraq Fəzail Bayramov və Yusif Səfərov küçələrindən istifadə etmələri tövsiyə olunur.Tikintinin  dekabrın əvvəllərində  başa çatdırılması nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv