Kral Salman G20 sammitinə qatılmaqdan imtina etdi
Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləziz Qətər böhranı ilə əlaqədar G20 sammitinə qatılmayacağını açıqlayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, kral Salman iyulun 7-8-də Hamburqda keçiriləcək sammitə qatılacağı haqqında qərarını ləğv edib.
Qeyd edək ki, G-20 sammitinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, ABŞ prezidenti Donald Trampın, Rusiya prezidenti Vladimir Putinin və Almaniya kansleri Angela Merkelin də qatılacağı bildirilir.