Nazarbayev Rusiya və Ukraynanı barışmağa çağırdı
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiya və Ukrayna rəhbərliyini danışıqlar prosesində iştirak etməyə çağırıb.
APA TV-nin “Moskovski Komsomolets”ə istinadən xəbərinə görə, Nazarbayev Rusiya və Ukrayna arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib.
“Ukraynanın cənub-şərqində baş verən hadisələr ölkələr arasında qarşıdurma və qeyri-konstruktiv mübahisə ilə nəticələnib”, - deyə Qazaxıstan prezidentinin yaydığı bəyanatda bildirilib.
Nazarbayevin sözlərinə görə, mövcud vəziyyət bu xalqların dostlarında, o cümlədən şəxsən onun özündə təəssüf hissi yaradır. O, qeyd edib ki, dinc danışıqlar yolunun alternativi yoxdur: “Qazaxıstan bu dialoqun başlaması üçün bütün gücünü nümayiş etdirməyə hazırdır”.