Almaniyada dəhşətli avtobus qəzası: 18 nəfər yanaraq öldü
Almaniyanın Frankoni polisi avtobus qəzası zamanı 18 nəfərin öldüyü barədə xəbər yayıb.
APA TV-nin "RİA Novosti"yə istinadən məlumatına görə, hadisə Bavariya şəhərində qeydə alınıb.
Magistral yolda A9 markalı yük maşını ilə toqquşan avtobusda yanğın olub. Nəticədə 11 nəfər hadisə yerində diri-diri yanıb. Daha sonra yaralılardan 7 nəfər ölüb və ölü sayı 18-ə çatıb.
Almaniyanın nəqliyyat naziri Aleksander Dobrint 30 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığını bildirib. Qəzaya uğrayan nəqliyyat vasitəsinin turizm şirkətlərindən birinə məxsus avtobus olduğu deyilir.