Gəncədə gül mağazasına hücum: iki qardaş döyüldü
Gəncədə gül mağazasında işləyən iki qardaş döyülüb. Hadisə şahidlərinin APA TV-yə verdikləri məlumata görə, şəhərin Şeyx Bahəddin küçəsində yerləşən “Ağ çiçəyim” gül mağazasına bir neçə nəfər daxil olaraq orada olan gülləri dağıdıb. Naməlum şəxslər 1973-cü il təvəllüdlü İsgəndər Seyidov və onun qardaşı 1976-cı il təvəllüdlü Anar Seyidova ağır bədən xəsarətləri yetiriblər. Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.