Kürdəmirdə narkotik əkib-becərən şəxs tutuldu
Kürdəmirdə narkotik tərkibli bitki əkib-becərən şəxs tutulub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şıxımlı kənd sakini, 1967-ci il təvəllüdlü Ziya Bilal oğlu Səmədovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib.
Baxış zamanı oradan narkotik tərkibli maddə hesab olunan 28 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Qeyd edək ki, 2014-cü ildə azadlığa çıxan Z.Səmədov eyni əmələ görə 8 il məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırma aparılır.