Liviyanın Benqazi şəhəri İŞİD-dən təmizləndi - 3 İLDƏN SONRA
Liviyanın Benqazi şəhəri terrorçulardan azad edilib. APA TV-nin xəbərinə görə, bunu Liviya Milli Ordusunun komandanı Xalifa Xaftar bildirib.
Şəhəri işğal edən İŞİD və "Əl-Qaidə" terrorçularına qarşı mübarizə 3 il davam edib. Bu illər ərzində Xaftar 5000-ə yaxın əsgərini itirib.
"Sabahdan etibarən Benqazidə yeni təhlükəsizlik erası, harmoniya, sülh, tikinti, yenidənqurma və evlərə qayıdış kimi yeni bir dövr başlayır. Zülmü, ədalətsizliyi, qorxunu, terroru dəf edə bildik" - deyə Xaftar bildirib.