Gürcüstan vətəndaşı Kürdə batdı
Gürcüstan vətəndaşı olan azərbaycanlı Kür çayında batıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, həmin şəxs Gürcüstan vətəndaşı, 1994-cü il təvəllüdlü Pərviz Sahib oğlu Yusifovdur.
Onun çayın Gürcüstandan keçən hissəsində boğulduğu ehtimal edilir. Hazırda meyitin axtarışları Qazax rayonunun Birinci Şıxlı kəndindən başlayaraq davam etdirilir.