Azərbaycan-ABŞ biznes forumu kecirildi
Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın Təşviqi Fondunun təşkilatcılığı ilə Azərbaycan-ABŞ forumu kecirildi. APA TV-nin xəbərinə görə, "Azpromo" rəhbəri Rüfət Məmmədov bildirdi ki, Azərbaycanla ABŞ arasında geniş iqtisadi əlaqələr mövcuddur. Bugünkü forum da iki ölkə arasında investisiya əməkdaşlığını genişləndirmək məqsədi ilə təşkil olunub: "ABŞ-ın 220 şirkəti fəaliyyət göstərir. Ümumiyyətlə bu günə qədər ABŞ tərəfindən Azərbaycanın qeyri-neft sektoruna 880 milyon ABŞ dollarına yaxın investisiya qoyulub".
Forumda hər iki tərəfdən 70-dən çox sahibkar iştirak edirdi. Biznes forumda energetika, kimya, məişət avadanlıqlarının istehsalı, xidmətlər və səhiyyə və digər sahələrlə bağlı müzakirələr aparıldı.