Kafedə yeyib-içən şəxs boğazından bıçaqlandı - BAKIDA
Bakıda orta yaşlı kişi boğaz nahiyəsindən bıçaqlanıb.
APA TV-nin xəbərinə görə, qanlı hadisə paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində baş verib.
Adıçəkilən ərazidə yerləşən kafelərin birində təxminən 43-44 yaşlarında Əmir adlı bir şəxs əvvəlcə dostları ilə oturaraq yeyib-içib. Daha sonra tərəflər arasında mübahisə yaranıb və onlardan biri Əmirin boğazına mətbəx bıçağı ilə xəsarət yetirib. Çoxlu qan itirən yaralı təcili 1 saylı Xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatlarını Yasamal RPİ-nin istintaqçıları araşdırır.