Hamburqda Putinlə Tramp ilk dəfə üz-üzə gələcək
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında “Böyük İyirmilik” sammiti çərçivəsində görüşü iyulun 7-də günün ikinci yarısında Hamburqda baş tutacaq.
APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşün Bakı vaxtı ilə 17:45-də başlayacağı nəzərdə tutulub.
Görüşdə Suriyadakı vəziyyət və Ukraynadakı böhran, habelə Rusiya XİN-in ABŞ-dakı mülkiyyətinin həbsinə dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.