Ermənilər yenə yaşayış məntəqələrini atəşə tutdu
Erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
APA-nın Qarabağ müxbiri xəbər verir ki, iyulun 6-sı saat 23:00-dan 23:15-dək və iyulun 7-si saat 00:15-dən 00:30-dək erməni hərbi birləşmələri Goranboy rayonunun təmas xəttində yerləşən yaşayış məntəqələrini iri çaplı silahlarla atəşə tutub.
Nəticədə düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu kəndində 3 fərdi yaşayış evinin dam örtüyünə yüngül ziyan dəyib.
İtki və tələfat yoxdur.