Şamaxı Rəsədxanası: Ətrafdakı ev və otellər işimizə mane olur

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının gecə müşahidələrinə maneə yaradan amillər mövcuddur.

 

APA TV-nin xəbərinə görə, rəsədxananın elmi katibi Vaqif Xəlilov deyib ki, rəsədxanaya yaxın olan yaşayış məntəqələri ən azı 5 kilometr aralı məsafədə yerləşməlidir. 60 il əvvəl bu astrofizika rəsədxanası inşa edilən zaman öncə yerləşdiyi ərazinin astroiqlimi tədqiq olunub. Astrofizika rəsədxanasının böyük şəhərlərdən, rayon mərkəzlərindən uzaqda, dağlıq ərazidə tikilməsinin əsas səbəbi gecənin qaranlıq vaxtında səma cisimlərini rahat şəkildə müşahidə etmək olub. Onun sözlərinə görə, rəsədxanaya yaxın ərazidə olan yaşayış məntəqələrinin gecə işıqlandırılması rəsədxananın teleskoplarının fəaliyyətinə mane olur. Həmçinin, rəsədxananın ətrafında evlərin, otelləri tikilməsi ciddi problem yaradır:

 

 “Həmin binaların işıqları gecələr rəsədxananın işini xeyli çətinləşdirir. Tikintilər adətən rəsədxanaların ətrafında, yəni ən azı 5 kilometr aralı məsafədə aparılmalıdır. Evlərə, otellərə gələn maşınların işığı bizə mane olur”.

 

AMEA prezidenti Akif Əlizadə Şamaxı Astrofizika Rəsədxanası yaxınlığında binaların tikintisinə qadağa qoyulması üçün Prezident Administrasiyasına müraciət etdiyini deyib. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov