Düşmən cəbhə xəttində yanğın törədib, alov geniş əraziyə yayılıb
Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında növbəti dəfə yanğın törədiblər.
APA TV-nin Qarabağ müxbirinin xəbərinə görə, erməni əsgərlərinin Ağdamın Baş Qərvənd kəndi ərazisində törətdiyi yanğın qoşunların təmas xəttinə çatıb.
Küləyin təsiri nəticəsində alovun əhatə dairəsi getdikcə genişlənərək neytral ərazilərə yayılıb.