Suriyanın cənub-qərbində atəşkəs elan olundu
ABŞ, Rusiya və İordaniya Suriyanın cənub-qərbində atəşkəs elan olunması haqqında razılığa gəlib.
APA TV-nin xəbərinə görə, bu barədə İordaniyanın hökumət sözçüsü Məhəmməd əl-Mumeni yazılı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Əsəd rejiminə sadiq qüvvələrlə müxalif üsyançılar arasında iyulun 9-dan etibarən atəşkəs əldə olunması haqqında razılıq əldə olunub.
ABŞ dövlət katibi Reks Tillerson xəbəri təsdiqləyərək, bu razılaşmanı "Birləşmiş Ştatlar və Rusiyanın Suriyada birlikdə çalışa bilməsinin ilk işarəsi" olaraq qiymətləndirib.