Ermənilər Ağdamda üç kəndə od vurdu
Ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş ərazilərində yenidən yanğınlar törədib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, yanğın rayonun ermənilərin nəzarətində olan üç kəndin ərazisində - Göytəpə nümayəndəliyinin Abdınlı, Qarağacı və Sarcalı kəndlərində müşahidə olunub.
Cəbhə xəttinə yaxın yaşayış məntəqələrindən yanğının tüstüsü açıq-aydın müşahidə olunub.