Gəncədə maşın ağaca çırpıldı
Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, şəhərin yeni Gəncə qəsəbəsində, 28 May küçəsində “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə bir nəfərin xəsarət alaraq, xəstəxanaya yerləşdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.