Dağlıq Qarabağda düşmən əsgəri məhv edildi
Dağlıq Qarabağda düşmənin növbəti təxribatının qarşısı alınıb, Azərbaycan Ordusunun cavab atəşi ilə bir erməni əsgər məhv edilib. APA TV-nin “news.am” saytına istinadən verdiyi məlumata görə, ölən şəxs 1997-ci təvəllüdlü Vazgen Poqosyandır.
Hadisə iyulun 10-a, saat 17:40 radələrində Qarabağ cəbhəsinin şərqində baş verib.