Pentaqon Bağdadinin ölüm xəbərini təsdiqləmir
ABŞ prezidenti Donald Tramp İŞİD terror təşkilatı üzərində irimiqyaslı qələbələr qazanıldığını bəyan edib.
APA TV-nin xəbərinə görə, Tramp özünün "Tvitter" səhifəsində bununla bağlı tvit yazıb. "İŞİD-ə qarşı böyük qələbələr" - deyə o qeyd edib.
ABŞ prezidentinin bu tviti Mosulun İŞİD-dən azad olunması, yoxsa İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ölüm xəbəri ilə əlaqədar yazdığı anlaşılmayıb.
Bu arada ABŞ Müdafiə Nazirliyi İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin ölüm xəbərini təsdiqləməkdən yayınıb. Bildirilib ki, bunun üçün Pentaqonun əlində kifayət qədər sübut yoxdur. "Biz bu xəbərləri təsdiqləyə bilmirik, ancaq ümid edirik ki, onlar həqiqətə uyğundur" - deyə açıqlamada qeyd olunub.