Bakıda məşhur supermarketdə yanğın oldu
Bakının Nəsimi rayonunda supermarket şəbəkələrinin birində yanğın baş verib.
APA TV-nin xəbərinə görə, hadisə metronun “28 May” stansiyasının yaxınlığında, paytaxtın Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən “Neptun” mağazasında baş verib.
Hadisə yerinə FHN-in Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər yanğının qarşısını alaraq onun genişlənməsinə imkan verməyib.
Oyuncaqlar satılan şöbədə baş vermiş yanğın nəticəsində supermarketin yanar konstruksiyaları 25 kv. m sahədə və içərisindəki əşyalar yanıb.
Hadisəyə səbəb kimi qısaqapanma göstərilir. Təfərrüatlar araşdırılır.