Sərxoş vəziyyətdə yoldan keçən həmyerlisini səbəbsiz yerə bıçaqladı
Astarada bıçaqlanma hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Suparibağ kəndində qeydə alınıb. Rayonun Qapıçıməhəllə kənd sakini, 28 yaşlı Elvin Xudaverdi oğlu Məmmədov sərxoş vəziyyətdə heç bir səbəb olmadan rayonun Suparibağ kənd sakini, 42 yaşlı Məhərrəm Xəlil oğlu Həsənova bıçaqla ağır bədən xəsarət yetirib. Yaralını yaxınları dərhal Astara Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.
Hadisəni törətmiş Elvin Məmmədov şübhəli şəxs qismində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.