İstirahətə getdiyi Oğuzda dağdan yıxıldı
Oğuzda istirahət edən Yevlax rayon sakini yıxılaraq ağır xəsarət alıb.
Oğuz Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 12-də günorta saatlarında Yevlax rayonunun Aşağı Bucaq kənd sakini, 1993-cü il təvəllüdlü Sevinc Mətləb qızı Kərimova qapalı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Məlum olub ki, ailəsi ilə birlikdə rayona istirahətə gələn gənc qız rayonun Xalxal kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə gəzərkən ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb. Sevinc Kərimovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.