Naftalanda maşın aşdı, 4 nəfər yaralandı - İKİSİ QARDAŞDIR
Goranboy-Tapqaraqoyunlu avtomobil yolunun Naftalanın Qaşaltı kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hərəkətdə olan “BMW” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində Goranboy rayonunun Tapqaraqoyunlu kənd sakinləri - 1989-cu il təvəllüdlü Mehrabov İsmayıl Altay oğlu, 1989-cu il təvəllüdlü İsmayılov Nadir Məmmədqulu oğlu, 1990-cı il təvəllüdlü Əmirov Sərxan Müşfiq oğlu və onun qardaşı Səxavət müxtəlif bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Onlardan İ.Mehrabovun vəziyyəti ağırdır.
Faktla bağlı Naftalan şəhər Polis Şöbəsində araşdırma aparılır.