"Mercedes" yük maşını ilə toqquşdu: 1 ÖLÜ, 2 YARALI

Bakı-Qazax avtomobil yolunun 105-ci kilometrliyində ağır yol qəzası baş verib. 1 nəfər ölüb, 2 nəfər yaralanıb. APA TV-nin xəbərinə görə, Hacıqabul rayonu Pirsaat kəndi ərazisində Bakı sakini Əmirov Elmir Tağı oğlunun idarə etdiyi "Mercedes" markalı, 99 BE 629 dövlət nömrə nişanlı avtomobil Oqtay Kazımovun idarə etdiyi  "HOWO" markalı, 90 JO 984 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə "Mercedes"in sərnişini, Sumqayıt şəhər sakini Rzayev Kərim Müstəqim oğlu hadisə yerində ölüb.  "Mercedes"in sürücüsü və  digər sərnişin, Sumqayıt sakini Yusifov Sərrac Oruc oğlu Şirvan Şəhər Xəstəxanasının travmatologiya və reanimasiya şöbələrinə yerləşdiriliblər. 

Faktla başlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı