Nəvə qəza törətdi, NƏNƏ ÖLDÜ
Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində 1 nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələn ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-TV-nın Qərb bürosuna verilən məlumata görə, hadisə Şəmkir rayonun Dəllər-cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakini 20 yaşlı Firdovsi Fərmanlı idarə etdiyi “VAZ 2104” markalı avtomobillə həmyerlisi 62 yaşlı Kərim Xudaverdiyevin idarə etdiyi “VAZ 21011” markalı maşınla toqquşub. Qəza nəticəsində “VAZ 2104”-ün sürücüsü Firdovsi Fərmanlının nənəsi, sərinişin Roza Hacıyeva hadisə yerində ölüb. Digər sürücü Kərim Xudaverdiyev isə ağır bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə yaralının vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində aşdırma aparılır.