Bakıda itkin düşən DİNDAR GƏNCİN MEYİTİ TAPILDI

Noyabırın 16-da itkin düşən Bakı Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovun meyiti tapılıb. Bu barədə  APA-TV-yə mərhumun anası Samirə Məmmədova xəbər verib. Samirə Məmmədova oğlunun meyitinin Dənizkənarı Milli Parkda dənizdən tapıldığını söyləyib.

 

Fövqəladə Hallar Nazirliyi Dənizkənarı Milli Parkda dənizdə naməlum kişi meyitinin tapılması barədə məlumat yayıb. Nazirliyin saytında yerləşdirilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib. Görülən tədbirlər nəticəsində təxminən 30-35 yaşlarında naməlum kişi meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

S. Məmmədova tapılan meyitin ona göstərildiyini, oğlunun meyitini tanıdığını bildirib.

 

Asim Məmmədov noyabrın 16-da internet klubuna getmək adı ilə evdən çıxıb, qayıtmayıb. O, mobil telefonunu evdə qoyub. Telefonunda  “Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının fonunda tabut şəkli yerləşdirib. Həmin gün o, “Facebook” şəbəkəsində belə bir status da yazıb: “Qoyun qılım namazımı, sonra kəsin boğazımı”. Asim Məmmədovun yaxınları onun itkin düşməsi ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət ediblər.

 

Hələlik gəncin ölüm səbəbi müəyyənləşdirilməyib. Asim Məmmədov ailənin tək övladı olub.

Müəllif | Apa.Tv
Almaz Qasımova