Bakıda iki yerdə yanğın oldu
Sabunçu rayonunda quru ot ərazisi yanıb. APA TV-nin xəbərinə görə, hadisə saat 17:30 radələrində baş verib.
Böyük bir ərazidə yanğının olduğunu görən sakinlər dərhal FHN-in qaynar xəttinə zəng vurublar.
Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Daha bir quru ot ərazisi isə Yeni Ramanı qəsəbəsində yanıb. Yanğın söndürülüb. Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.