83 yaşlı kişi evində YANARAQ ÖLDÜ

Qaxda yaşayış evində yanğın olub. APA TV-nin məlumatına görə, hadisə rayonun Qaxinqiloy kəndində, 1930-cu il təvəllüdlü Beroşvili Nikolay Mixayloviçə məxsus ümumi sahəsi 165 kv/m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evdə baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanaraq külə dönüb. Yanğının kəşfiyyatı zamanı 83 yaşlı ev sahibinin yanmış meyiti aşkarlanıb. Evə bitişik tikililər və qonşu evlər yanğından mühafizə olunub.

 

Nikolay Beroşvili evdə tək yaşayıb. Yanğının baş vermə səbəbləri bəlli deyil.Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov