Tovuzda iki qızı ilan vurdu
Tovuzda iki qızı ilan sancıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisələrdən biri Ağdam kəndində baş verib. Kənd sakini, 2010-cu il təvəllüdlü Həsənova Aysu Zaur qızı sol aşağı ətrafın ilan sancması xəsarəti ilə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 7 yaşlı qız həyətdə olan ot bağlamalarının üzərində oynayan zaman ilan onu sancıb.
İkinci hadisə Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini, 2001-cı il təvəllüdlü Tağıyeva Gülnarə Rövşən qızı əkin sahəsində olarkən ilan onun sol ayağından sancıb.
16 yaşlı qız dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.