İstanbul su altında qaldı
Dünən axşam saatlarından yağan güclü yağış İstanbulda bəzi birmərtəbəli evlərin və iş yerlərinin su altında qalması ilə nəticələnib.
APA TV-nin Türkiyə KİV-lərinə istinadən məlumatına görə, yağış bəzi tunellərdə nəqliyyat problemi yaradıb. Bəzi körpülərin altında və tunellərdə suyun səviyyəsi bir metrə çatıb.
Bundan başqa, Üsküdarda 1 nəfər boğulma təhlükəsi ilə üzləşib.
Hazırda yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün işlər aparılır.
Güclü yağış dünən səhər saatlarından başlayıb və iki gün davam edəcəyi gözlənilir.