İvanovkada ikimərtəbəli ev yandı
Bu gün İsmayıllı rayonunda ikimərtəbəli fərdi yaşayış evi yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb.
Kənd sakini, 1959-cu il təvəllüdlü İsayev Bədrəddin Müslüm oğluna məxsus ümumi sahəsi 240 kvadratmetr olan 4 otaq və aynabənddən ibarət ikimərtəbəli evin 120 kvadrat metrlik hissəsi yanıb. Hadisə yerinə FHN-in İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın saat 13:30 radələrində söndürülüb və evin qalan hissəsi, yaxınlıqdakı tikililər alovdan mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.