Ermənilər işğal altındakı ərazilərimizdə yenə yanğın törətdi
Ermənilər Azərbaycanın işğal altında olan ərazilərində növbəti dəfə yanğın törədiblər.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, keçmiş Ağdərə rayonunun Lüləsaz kəndi ərazisində törədilən yanğın geniş sahəni əhatə edir.
Alovun tüstüsü Tərtər rayonunun Ağdərə istiqamətindəki bütün yaşayış məntəqələrindən müşahidə olunur. Alovun miqyası getdikcə genişlənir.