Bakıda dava düşüb, bir nəfər güllələnib
Bakının Sabunçu rayonunda güllələnmə hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Bakıxanov qəsəbəsi Mahir Əmirov küçəsində naməlum şəxslər arasında mübahisə yaranıb. Nəticədə 29-30 yaşlarında olan kişiyə pnevmatik tapançadan açılıb. Həmin şəxs baş və bədən nahiyəsindən xəsarətlər alıb və 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.
Hadisə yerinə Sabunçu rayonu polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb.
Yaralını xəstəxanaya Post Patrul Xidmətinin əməkdaşları çatdırıblar.