Bakı merinin müavini vəfat etdi
Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov vəfat edib.
APA-nın şimal bürosunun xəbərinə görə, R.Pənahov istirahətdə olduğu Qusar rayonunda ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Rauf Əli oğlu Pənahov 1937-ci ildə Bakıda anadan olub. 2001-ci ildən Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini idi.