Bakıda 40, rayonlarda 42 dərəcə isti olacaq
İyulun 22-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
ETSN-dən APA TV-yə verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 22-25, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə isti, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.