Harun Kolçak dəfn edildi
Türkiyənin məşhur müğənnisi Harun Kolçak Bursada anasının məzarının yanında dəfn edilib. APA TV-nin məlumatına görə, xərçəngdən müalicə olunduğu xəstəxanada vəfat edən müğənnininin cənazə namazı İstanbulda qılınıb. Vida mərasiminə Harun Kolçakın pərəstişkarları ilə yanaşı, iş və `sənət dünyasnın tanınmış nümayəndələri qatılıb.
Namaz qılındıqdan sonra cənazə Bursaya aparılıb. Dəfn mərasimində də bir sıra tanınmışlar iştirak ediblər.