Paraşütdə manqal yandırdılar - İNANILMAZ GÖRÜNTÜLƏR
Əvvəllər havada nərd oynayırdılar. Bu dəfə isə manqal xörəyi yedilər.
APA TV-nin məlumatına görə, Türkiyənin liman şəhəri Orduda iki çılğın gənc maraqlı görüntülərlə yadda qalıb.
Kadir Mərd və Tunahan Korucu paraşütlə uçuşu daha da maraqlı ediblər. Onlar paraşütlə uça-uça manqalda ət qızardıblar, hətta salat da hazırlayıblar.
500 metr hündürlükdə, təxminən 20 dəqiqə havada qalan gənclərin bu görüntüsü maraqla qarşılanıb.