Erməni hərbçisi intihar etdi
Ermənistan ordusunun hərbçisi intihar edib.
APA TV-nin Ermənistan mətbuatına istinadən məlumatına görə, hadisə iyulun 23-də saat 06:30-da qeydə alınıb.
Müddətdən artıq xidmət hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü kiçik çavuş Vardan Artavazdoviç Melkonyanın meyiti ötən gün hərbi hissədən kənarda, asılmış vəziyyətdə aşkarlanıb.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyindən intihar edən hərbçinin xidmət yerini özbaşına tərk etdiyi bildirilib.