Sumqayıtda internat məktəbi yandıran məcburi köçkün tutuldu

Sumqayıtda internat məktəbin yataqxanasını yandıran şəxs tutulub. Daxili İşlər Nazirliyinin yaydığı xəbərdə bildirilir ki, noyabrın 25-də saat 16.45 radələrində Sumqayıt şəhərindəki 1 saylı İnternat Məktəbinin yataqxanasının 1-ci mərtəbəsində yerləşən anbarda yanğın baş verib. Bütövlükdə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb.

 

Yanğını törədən şəxs, həmin yataqxanada yaşayan Qubadlı rayon sakini Əfqan Əhmədov saxlanılıb.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

APA TV-nin xəbərinə görə, yanğınsöndürənlər məktəbin anbarında baş verən yanğının qarşısını alıblar. Hadisə nəticədə 150 kvadratmetrlik ərazi yanıb. Yanğının sinif otaqlarına keçməsinin qarşısı alınıb. Məktəbin bir hissəsində qaçqın və məcburi köçkünlər məskunlaşıb. Yanğın zamanı 3-cü mərtəbədə müvəqqəti məskunlaşmış 15 nəfər məcburi köçkün yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 

Müəllif | Apa.Tv