Pakistanda terrorçu özünü bazarın girişində partlatdı: 25 ölü
Pakistanın Lahor şəhərində baş verən partlayış nəticəsində azı 25 nəfər ölüb, 53 nəfər yaralanıb. Motosikletlə hərəkət edən terrorçu-kamikadze özünü ərzaq bazarının girişində partladıb.
Ərzaq bazarı Pəncab əyalətinin baş naziri Şahbaz Şərifin iqamətgahının 100 metrliyində yerləşir.
Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.