CNN: Tillerson ilin sonunadək dövlət katibi postunu tərk edə bilər
ABŞ dövlət katibi Reks Tillerson ilin sonunadək postunu tərk edə bilər. APA TV-nin xəbərinə görə, bu barədə CNN telekanalı məlumat verib.
Kanalın iddiasına görə, ABŞ xarici siyasət idarəsinin rəhbəri ilə Ağ Ev arasında kadr siyasəti və İranla münasibətlərlə bağlı ciddi fikir ayrılığı mövcuddur.
Telekanalın digər iki mənbəyi isə Tillersonun ilin sonunadək deyil, hətta daha tez istefa verəcəyini istisna etməyib.