Azərbaycanda yerli idarəetmədə qadın lideriyinin gücləndirilməsinə dair konfrans keçirildi

"Azərbaycanda yerli idarəetmədə qadın liderliyinin gücləndirliməsi" mövzusunda konfrans keçirildi. APA TV-nin xəbərinə görə, konfransda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhramanova, Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel, Cənubi QafqazdaYerli Özünüidarəetmə Proqramının Azərbaycan üzrə qrup rəhbəri Katarina Lampe və digər vəzifəli şəxslər iştirak edirdi. Katarina Lampe dedi ki, məqsəd qadınların qarşıdan gələn bələdiyyə seçkilərində aktiv iştirakına nail olmaqdır. Bələdiyyədə çalışan qadınlar məhz əhalinin aktual məsələlərinə diqqəti cəlb etsinlər.

 

Tədbirdə Yerli özünü idarəetmədə təmsil olunan qadınlar arasında rəy sorğusu keçirlirdi.

 

Sorğunu keçirən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin üzvü Leyla İbrahimova bildirdi ki, mövzular qadın işsizliyi, qadınların və qızların maarifləndirliməsi yəni təhsilə yiyələnməsi, erkən nikahlara qarşı mübarizə, qadınların siyasi iştirakçılığının gücləndirilməsi və məişət zorakılığının qarşısının alınması ilə bağlıdır: "Ən çox səs toplayan qadınların və qızların təhsilə yiyələnməsi olub. Məntiqi nəticə budur ki, yaxşı təhsilə yiyələnən xanımın işsiz qalma ehtimalı azdır. Həmçinin, təhsilli xanımlar erken nikahın zərərini dərk edirlər ".

 

Müəllif | Apa.Tv
Almaz Qasımova