Azərbaycanda 1627 nəfər QİÇS-dən ölüb

"Bu ilin doqquz ayında Azərbaycanda QİÇS-ə yoluxanların sayı 4171 nəfər təşkil edib".

 

APA TV-nin xəbərinə görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova deyir ki, onların 96 faizi Azərbaycan vətəndaşı, qalanları isə əcnəbidir. QİÇS mərhələsində olanların sayı 1248 nəfər təşkil edir: “Bu xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 578 nəfərdir. Eyni zamanda, xilasedici AİV terapiyaya qoşulanların sayı ildən-ilə artır. Bu ilin 9 ayının nəticələrinə görə, 1627 nəfər olub. Bunlardan 380 nəfəri bu ilin 9 ayında müalicəyə qoşulub. İİV-in yayılmasınınq qarşısının alınması əsas yolu odur ki, vaxtında testdən keçmək lazımdır”.

 

Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva bildirdi ki, Azərbaycanda QİÇS virusuna yoluxanlar arasında gənclər və yeniyetmələr də müəyyən yer tutur. İdarə rəisinin sözlərinə görə, qanunla 2015-ci ilə qədər dərman təminatının tam Səhiyyə Nazirliyi tərəfindən təmin edilməsi nəzərdə tutulub. YUNİSEF-in Azərbaycan ofisinin rəhbəri Mark Herevard isə qeyd edib ki, dünyada 70 minə yaxın insan QİÇS virusunun risk qrupuna daxildir: " Azərbaycanda QİÇS ötürülməsinin 59 faizi iynələr vasitəsilə baş verir. Çünki, yoluxanların müəyyən hissəsi narkotikə düçar olanlardır. Onları müayinəyə cəlb etmək üçün yollar axtarırıq".

 

Hazırda ölkəmizdə QİÇS-ə yoluxmanın qarşısını almaq üçün testləşmənin əlçatanlığını təmin etmək məqsədilə ölkə ərazisində şəbəkə yaradılır. 50 könüllü müayinə məntəqələri həmin şəbəkəyə qoşulacaq və hər bir şəxs həm yardım almaqla yanaşı, testdən keçib 20-30 dəqiqə ərzində cavab alacaq.

Müəllif | Apa.Tv