Gəncə-Şəmkir yolunda iki maşın toqquşdu
Gəncə-Şəmkir yolunda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə yolun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsində qeydə alınıb.
“VAZ-2106” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər - 1959-cu il təvəllüdlü Çiçək Abbasova və 1949-cu il təvəllüdlü Məmməd Süleymanov xəsarət alıb.
Onlar Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.