Abşeronda dostunu bıçaqlayan şəxs həbsxanada öldü
Bakıda məhkum vəfat edib. APA TV-nin məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.
Orada müalicə alan məhbus, 1978-ci il təvəllüdlü Elnur Nadir oğlu Ramazanov xəstəlikdən vəfat edib.
Qeyd edək ki, E.Ramazanov 2014-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində tanışı, 1973-cü il təvəllüdlü Muradov Etibar Surxay oğlunu yeyib-içərkən bıçaqlayıb. O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsinə əsasən ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətə azadlıqdan məhrum edilib.