Gecə saatlarında Bakının Sabunçu rayonunda piyadanı avtomobil vurub.
APA TV-nin xəbərinə görə, bədbəxt hadisə Kürdəxanı qəsəbəsində baş verib.
Kürdəxanı qəsəbəsi sakini, 1962-ci il təvəllüdlü Nuriyev Elxan İslam oğlu yolun qarşı tərəfinə keçmək istəyərkən “Ford Tranzit” markalı kiçiktutumlu yük maşınının zərbəsilə üzləşib. Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılıb. Məlumata görə, hadisə baş verən zaman o sərxoş olub.
Yol qəzasını törədən sürücü saxlanılaraq Sabunçu RPİ-yə aparılıb və ifadəsi alınıb. Fakt araşdırılır.