Gülnarə Kərimova həbs edildi
Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova həbs olunub.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, G.Kərimovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, qalmaqallı personası ilə tanınan Gülnarə Kərimova "Googoosha" ləqəbi ilə müğənnilik fəaliyyəti də göstərib. O, dəbdəbəli həyat tərzi sürməsi və adı korrupsiya skandallarına qarışdığı üçün məşhurlaşmışdı. Atasının ölümündən üç il əvvəl ev dustağı edilmiş, hətta İslam Kərimovun dəfn mərasiminə belə buraxılmamışdı. Deyilənə görə, buna Gülnarə Kərimovanın siyasi ambisiyaları səbəb olmuşdu.