Havalar KƏSKİN SOYUYACAQ

Noyabrın 27-də ölkə ərazisində hava şəraiti mülayim, gün ərzində əsasən, yağmursuz olacaq. Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə bildirib ki, mülayim cənub küləyi əsəcək. Havanın temperautu Bakıda və Abşeron yarmadasında günorta saatlarında 14-19 dərəcə isti olacaq: "Paytaxtda artıq 28-də hava şəraiti dəyişiləcək. Cənub küləyi öz yerini arabir güclənən şimal qərb küləyinə verəcək. Havanın temperaturu paytaxtda artıq 28-dən ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək, günorta saatlarında 9-14 dərəcə müşahidə olunacaq. Artıq 29-da paytaxtda hava şəaraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu isə 11-16 dərəcə isti müşahidə olunacaq".

 

Noybarın 27-si axşam saatlarında respublikanın qərb rayonlarından başlayaraq, hava şəraitinin dəyişiləcəyi, qeyri-sabit keçəcəyi yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Ayın 28-də bəzi yerlərdə yağıntıların arabir intensivləşəcəyi ehtimal olunur. Ayın 29-da qısa fasilə yaranacaq,  lakin noyabırın 30-dan dekabrın 1-i səhərədək yenidən yağıntılı hava şəaraitinin davam edəcəyi gözlənilir. Bu müddət ərzində isə yağıntıların dağlıq rayonlarada sulu qara, qara keçəcəyi ehtimal olunur. Noyabrın 27-də Abşeron yarmadasında meteoloji amillərin zəif və mülayim tərəddüdü metohəssas insanlar üçün əlverişli olacaq. Lakin 28-də arabir güclənən şimal küləyinin və şimal küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova