Anti-Qətər koalisiyası: Doha ilə dialoqa hazırıq
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətərlə dialoqa hazır olduqlarını bəyan edib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bunu Bəhreynin xarici işlər naziri bəyan edib.
Onun BƏƏ-dən olan həmkarı da bunu təsdiqləyib. Tərəflər gərginliyin aradan qalxmasının Dohadan asılı olduğunu bildiriblər.
Bazar günü Manamada adı çəkilən dörd ölkənin xarici işlər nazirlərinin görüşü keçirilib.
Xatırladaq ki, anti-Qətər koalisiyasının əsas ölkələri diplomatik əlaqələrin bərpa olunması və sanksiyaların götürülməsi üçün Doha qarşısında şərtlər irəli sürüb. Həmin şərtlər sırasında ən əsasları "Əl-Cəzirə" telekanalının bağlanması, İranla əlaqələrin məhdudlaşdırılması və ölkə ərazisindən Türk Silahlı Qüvvələrinə aid bazanın çıxarılmasıdır. Qətər isə bu tələbləri icra etməkdən imtina edib.