Bakının ən böyük prospektində ZƏNCİRVARİ QƏZA: 5 maşın toqquşdu

Bakıda zəncirvari yol qəzası baş verib. APA TV xəbər verir ki, paytaxtın Heydər Əliyev prospektində 5 avtomobil toqquşub. Prospektlə metronun “Koroğlu” stansiyası istiqamətində hərəkət edən iki maşının toqquşmasından sonra daha üç maşın bir-birinə çırpılıb. Əvvəlcə "BMW" markalı avtomobil qarşıdan gedən "Mercedes"-i vurub. Bundan sonra "VAZ-21015", "Hyundai" və "Opel" markalı maşınlar bir-birilərinə dəyib. Dövlət Yol Polisi İdarəsinin hadisə yerində araşdırma aparan əməkdaşlarının sözlərinə görə, səbəb çox sadədir, yüksək sürət.

 

Qəza nəticəsində xəsarət alan olmasa da, maşınlara ziyan dəyib. Hadisədən sonra Bakının əsas prospektlərindən birində uzun tıxac yaranıb.

Müəllif | Apa.Tv